"Kanada ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinə cavab olaraq, 155 milyard dollar dəyərində Amerika mallarına 25 faizlik rüsum tətbiq edəcək".
Bunu Kanadanın Baş naziri Castin Trüdo "X" sosial şəbəkə hesabında yazıb.
"İlk mərhələdə rüsumlar 30 milyard dollar dəyərindəki mallara tətbiq ediləcək, 21 gündən sonra isə qalan 125 milyard dollar dəyərindəki mallara rüsum qoyulacaq" , - deyə o vurğulayıb.
Baş nazir ABŞ-nin Kanadaya - öz yaxın tərəfdaşı və müttəfiqinə qarşı ticarət müharibəsi başlatdığını bildirib.
***
ABŞ Prezidenti Donald Tramp martın 4-də Ottavaya idxal rüsumları tətbiq edərsə, Kanada proporsional şəkildə cavab verəcək.
"RİA Novosti" xəbər verir ki, bu sözləri Kanadanın Baş naziri Castin Trüdo deyib.
"Əgər rüsumlar tətbiq olunarsa, o zaman biz ötən dəfə olduğu kimi, qəti, birmənalı və proporsional cavab verməyə hazırıq", - deyə o bildirib.
Öz növbəsində ölkənin xarici işlər naziri Melani Coli də bəyan edib ki, martın 4-də Vaşinqton Kanada mallarına rüsum tətbiq edəcəyi təqdirdə, Kanada ABŞ-yə qarşı 155 milyard Kanada dolları (107.4 milyard dollar) məbləğində cavab rüsumları tətbiq etməyə hazırdır.
"Biz 155 milyard Kanada dolları məbləğində tariflərlə cavab verməyə hazır olacağıq. Əgər ABŞ öz ticarət müharibəsinə başlamaq qərarına gələrsə, o zaman biz də hazır olacağıq", - deyə o qeyd edib./oxu.az