Tərtərdə narkomaniyanın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Azadqaraqoyunlu kənd tam orta məktəbində şagirdlərlə narkomaniyanın fəsadlarına və digər mənfi vərdişlərdən qorunma yollarına dair maarifləndirici tədbir təşkil olunub.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə RPŞ-nin rəisi polis polkovnik-leytenantı Rüfət Məmmədov çıxış edərək narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu mənfi təsirlərdən danışıb. Qeyd olunub ki, narkomaniya gənclərin təhsilinə, şəxsi inkişafına və ümumilikdə cəmiyyətin rifahına ciddi təhlükə yaradır.

Şagirdlərə riskli vəziyyətlərdən qorunma yolları, sağlam həyat tərzinin üstünlükləri və təhlükəli sosial mühitdə düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib.

Həmçinin kiber məkan və sosial şəbəkələrdə baş verə biləcək dələduzluq halları və onlardan qorunma üsulları da izah olunub.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər