Tramp üçüncü dünya müharibəsinin anonsunu verdi

Amerika Birləşmiş Ştatları hökumətinin ehtiyatsız siyasəti ucbatından yaxın aylarda III Dünya Müharibəsinin başlaması riski yüksəkdir.

APA xəbər verir ki, RSBN media şirkəti bu sözləri ABŞ-da prezidentliyə namizəd Donald Trampın dediyini bildirib.

“Mənim növbəti üç-dörd ay üçün narahatlığım odur ki, biz hökumətdə olan insanlara görə dünya müharibəsinin başlamasının şahidi olacağıq”, - deyə Tramp Kaliforniyada tərəfdarları ilə görüşdə deyib.

Görüş zamanı Tramp yenidən Ukraynadakı münaqişəyə, həmçinin Yaxın Şərqdəki xaosa son qoyacağına söz verib.