Türkiyənin Van vilayətində aşirət toyu baş tutub. Gevdan aşirəti qanadının rəhbəri Şehmuz İşıkın oğlu Ömer İşık ailə qurub.
Bu barədə İHA məlumat yayıb.
Ölkə daxilindən və xaricindən toya təxminən 6 min insan qatılıb. Aşirət liderləri, QHT rəhbərləri, iş adamları və çox sayda qonağın iştirak etdiyi toy mərasimində gəlinə 2 kiloqram qızıl, bəyə isə 15 milyon Türkiyə lirəsi (25 milyon 500 min manat) dəyərində zinət əşyaları taxılıb.
Məlumata görə, 2 ton ətli xörəyin paylandığı toyda bəy və gəlinə verilən pulları və zərgərlik əşyalarını təxminən 20 nəfər 4 saat ərzində sayıb qurtara bilib.
Yığılan pullar çamadanlara qoyularaq daşınıb, ardınca da yüzlərlə insan halay rəqsi edib.
Bəyin atası Şehmuz İşık pulun önəmli olmadığını, birliyin və bərabərliyin əhəmiyyət kəsb etdiyini deyib.