Tovuzda bıçaqlanma hadisəsi olub.
Stopnarkotik.az xəbər veri ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı -
2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevanı vuraraq ona qarın boşluğuna işləyən bıçaq yarası və sağ
bazunun tış hissəsinin kəsilmiş bıçaq yarası xəsarətlərini yetirib.
Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.