İyunun 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 5,6 ton çəkidə 30403 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.