Tikinti ərazisindən marixuana aşkarlandı

Türkiyənin Alanya şəhərindəki tikinti ərazisində polis tərəfindən aparılan narkotik əməliyyatında bazar dəyəri təxminən 10 milyon TL olan 6 kiloqram 700 qram qurudulmuş kannabis müsadirə edilib.

Hadisə ilə əlaqədar saxlanılan şübhəli həbs olunaraq həbsxanaya göndərilib. Alanya polis idarəsinin narkotik cinayətləri ilə mübarizə bölməsinin qrupları ötürülmüş məlumat əsasında narkotik ticarəti və istifadəsinin qarşısını almaq almaq üçün hərəkətə keçiblər. Təyin olunmuş tikinti sahəsində axtarış aparan qruplar, satışa hazır vəziyyətdə 8 ayrı paketdə qara torbada gizlədilmiş ümumilikdə 6 kiloqram 700 qram qurudulmuş kannabis tapıblar. Narkotiklər müsadirə edilərkən, hadisə ilə əlaqəsi olduğu müəyyən edilən şübhəli tikinti sahəsində tutularaq nəzarətə alınıb. Polis bölməsində araşdırma aparıldıqdan sonra şəxs məhkəməyə göndərilib. Prokurorluqda dindirilərkən o, ittihamları rədd edərək, kannabisdən xəbərsiz olduğunu və onun tanımadığı naməlum şəxslər tərəfindən yerləşdirildiyini iddia edib.

Prokurora verdiyi ifadədən sonra şübhəli həbs tələbi ilə Növbətçi Sülh Məhkəməsinə göndərildi və daha sonra "narkotik alveri" ittihamı ilə həbs olunaraq Alanya L Tipli Qapalı Həbsxanasına göndərilib. 

Stopnarkotik.az