Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.
Xatırladaq ki, daha əvvəl sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.
Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 150 nəfər ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.