Bakının bir sıra yollarında tıxac yaranıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət :
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
9. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);
12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.