Surovikin "Vaqner"in qiyam planından əvvəlcədən xəbərdar olub? - KREML İDDİALARA AYDINLIQ GƏTİRDİ

Kreml ordu generalı Sergey Surovikinin "Vaqner" qruplaşmasının silahlı qiyam cəhdindən əvvəlcədən xəbərdar olması ilə bağlı iddialara münasibət bildirib.

Belə ki, Kremlin sözçüsü Dmitri Peskov Surovikinin Vaqnerin qiyamını əvvəlcədən bildiyi barədə iddiaları fərziyyə və dedi-qodu adlandırıb.

Qeyd edək ki, mətbuatda və teleqram kanallarında Ukraynadakı Rusiya Qoşun Qruplaşmasının komandam müavini olan Sergey Surovikinin Yevgeni Priqojinin rəhbərliyi ilə iyunun 24-də silahlı qiyamın planlaşdırılmasından əvvəlcədən məlumatlı olmasına dair iddialar yayılıb. O cümlədən Surovikinin "Vaqner" Özəl Hərbi Şirkətinin 2017-ci ildən fəxri üzvü olduğuna dair məlumatlar yayılıb.

Xatırladaq ki, Priqojin 25 minlik qoşunu ilə Moskvaya yürüş edərkən ona yürüşü dayandırıb, dislokasiya yerinə qayıtması üçün ilk müraciət edənlərdən biri Surovikin olub.