Sumqayıt şəhərində mənzildən 63 yaşlı qadın meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində qeydə alınıb.
2 gün öncə öldüyü bildirilən 1961-ci il təvəllüdlü Mustafayeva Tatyana Vasilyevnanın meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkar olunaraq təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.