Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.
APA xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavodu” ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vurub.
23 yaşlı gənc hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.