"Sülhməramlılarımızın Qarabağda nə işi var?" - ZATULİNDƏN SENSASİON AÇIQLAMA

“Ermənilərin Qarabağdan çıxmasından sonra Rusiya sülhməramlılarının bölgədə qalması səbəbləri azalıb”.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya qoşunlarının Qarabağdan çıxması məsələsini hələ qaldırmır: “İstəmirlər ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etsin. Bu gün Qarabağda sülhməramlıların qalması Rusiya və Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində isə erməni əhalisi qalmadığı üçün sual yaranır: bizim sülhməramlıların orada nə işi var?”

Zatulin qeyd edib ki, reallıqda Rusiya sülhməramlılarının Qarabağda olması üçün səbəb çox azdır.