Su kanalında yeniyetmə batdı - XİLASETMƏ İŞLƏRİ GEDİR

Samur-Abşeron kanalında bir nəfər yeniyetmənin batması hadisəsi baş verib. Hadisə haqda Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatda deyilir ki, Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfər batıb.
Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Stopnarkotik.az