Milli yığmanın keçmiş futbolçusu narkotik qaçaqmalçılığında İTTİHAM OLUNUR

Fransa milli komandasının keçmiş futbolçusu Samir Nəsri narkotik qaçaqmalçılığından əldə olunan çirkli pulların yuyulması ittihamı ilə həbs edilib.
Stopnarkotik.az
bu barədə "RMC Sport" nəşrinə istinadla xəbər verir.

Nəşr bildirib ki, "Nəsri mütəşəkkil dəstənin tərkibində narkotik idxalı və buradan gələn çirkli pulların yuyulması, eləcə də cinayətkar əməkdaşlıq ittihamları ilə bağlı məhkəmə istintaqı çərçivəsində təxminən on saat polis nəzarətində olub".
Qeyd olunur ki, keçmiş futbolçu hələlik indiki etapda ittiham irəli sürülmədən azadlığa buraxılıb.

Stopnarkotik.az