Elektrik dirəyindən yıxılan kişi həyatını itirdi - FOTO

 Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Elektrik dirəyindən yıxılan kişi həyatını itirib.
Stopnarkotik.az
Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib. 
Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək. 
Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az