Şəmkirdə məktəbdə yanğın, şagirdlər təxliyə edildi - YENİLƏNİB + AUDİO

Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub.

Yanğın məktəbin informatika otağında baş verib.

Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.

***10:09

Şəmkirdə yanğın hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.