Silahla ehtiyatsız davranan polis əməkdaşları həyatlarını itirdilər - İŞĞALDAN AZAD OLUNAN ƏRAZİYƏ EZAM EDİLMİŞDİLƏR...

Martın 13-də saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar. 

DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.