Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılacaq.
Stopnarkotik.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Əmək Məcəlləsində dəyişiklik edilməsi" barədə Qanunda öz əksini tapıb.
Belə ki, fevralın 27-də qəbul edilən qanun iyulun 1-dən qüvvəyə minib.
Dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir.
Sosial sığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) ilə əlaqələndirilir.
Daha əvvəl sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradırdı və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olurdu.
Həmçinin, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılırdı.