“Rusiyada Ermənistandan daha çox erməni yaşayır” – Kremldən Paşinyana mesaj

“Moskva Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” hava limanından çıxarılması ilə bağlı hər hansı qərardan xəbərdar deyil”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Anladığımız qədər bu məsələ ilə bağlı heç bir qərar olmayıb. Və heç kim bu qərarı bizə rəsmi kanallar vasitəsilə çatdırmayıb. Biz MDB strukturları, Aİİ strukturları çərçivəsində və ikitərəfli münasibətlər səviyyəsində bütün istiqamətlərdə işləyirik”, - Peskov bildirib.

O qeyd edib ki, Rusiya və Ermənistan hazırda bir sıra mühüm layihələr həyata keçirir. "Biz onları həyata keçirməyə davam edəcəyik", - Peskov deyib.

Daha əvvəl parlamentin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib ki, Ermənistan hakimiyyəti İrəvanın “Zvartnots” hava limanında Rusiya sərhədçilərinin olmasının mümkünlüyünü müzakirə edir.

Peskov həmçinin bildirib ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə yaranmış çətinliklər keçəcək, iki ölkə arasında əməkdaşlıq tamamilə qarşılıqlı faydalıdır.

“Ən yaxın qonşuların münasibətlərin gərginləşə biləcəyi dövr ola bilər. Lakin bu, siyasi iradə tələb edir və iki ölkə liderlərinin siyasi uzaqgörənliyi – bizim tərəfimizdədir. Ona görə də mən əminəm ki, bütün bu çətinliklər keçəcək, Rusiya ilə Ermənistanın əməkdaşlığı tamamilə qarşılıqlı faydalıdır”, - deyən Peskev onu da əlavə edib ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır və Rusiyada onları sevirlər.