Rusiya Türkiyəyə iki Be-200 amfibiya təyyarəsi göndərdi

Rusiya meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə iki Be-200 amfibiya təyyarəsi göndərib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, artıq amfibiya təyyarələri Türkiyəyə uçub.

“Rusiya Federasiyası Prezidentinin göstərişi və Türkiyə tərəfinin müraciətinə uyğun olaraq, Rusiyanın Fövqəladə Hallar İdarəsinin iki amfibiya təyyarəsi Rostov-na-Donudakı Platov hava limanından Muğla və İzmir şəhərlərinə uçdu. Türkiyə Respublikası iri meşə yanğınlarının söndürülməsi ilə mübarizə aparır”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.