“Rusiya daxilində qiyama hazırlıq görülür” - PUTİN XALQA MÜRACİƏT ETDİ / VİDEO, YENİLƏNİB

“Rusiya daxilində qiyama hazırlıq görülür”.

Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Onun sözlərinə görə, ordu komandirləri ilə gecə əlaqə saxlayıb.

“Bizi zəiflədə bilən hər şeyə qarşı mübarizə aparmalıyıq. Qiyamçılar Rusiyanı məğlubiyyətə aparmaq istəyirlər”, - dövlət başçısı söyləyib.

O bildirib ki, üsyançılara qarşı sərt tədbirlər görülür: "Bu qiyam ölkəmizə və xalqımıza arxadan vurulan zərbədir".

V. Putinin sözlərinə görə, Rusiya bu xəyanətə sərt cavab verəcək: “Qiyamçılar cəzaya məruz qalacaqlar. Bu, qaçılmazdır”.

Dövlət başçısı ölkəni müdafiə etmək üçün hər şeyi edəcəyinə söz verib.

O, hərbi qiyamın təşkilatçılarının zərərsizləşdirilməsi üçün müvafiq əmr verildiyini bəyan edib.

***

Rusiya Prezidenti Vladimir Putin Vaqner rəhbəri Yevgeni Priqojinin əməllərini arxadan zərbə və xəyanət adlandırıb.

Bu bardə Putin xalqa müraciətində bildirib.

Putin baş verən hadisələri 1917-ci il hadisələri (Rusiya inqilabı) ilə müqayisə edib.

“Biz bunun təkrarlanmasına imkan verməyəcəyik. Bu xəyanət və satqınlıqdır”.

***09:46

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edəcək.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Putin yaxın vaxtda xalqa müraciət edəcək", - deyə Peskov qeyd edib.