Qanunsuz qum və əhəng daşıyanlar cərimələndi - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunun Liman şəhərində qanunsuz qum, Ağstafa rayonunun Tatlı kəndində isə “Kamaz” markalı 60-BZ-0789 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əhəng daşınması faktları aşkar olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov  Stopnarkotik.az-a  bildirib ki, faktlarla bağlı təqsirkar şəxslər Ramil Seyfullayev və Kənan Mustafayev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
 

Qanunsuz qum və əhəng daşıyanlar cərimələndi - FOTO