Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı qərar verildi

Gəncə Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən L.Əliyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, L.Əliyeva azərbaycanlı olan 2 qadın Türkiyənin Tokat vilayətinə yüksək maaşlı işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2018-2020-ci illərdə Tokata aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub./pravda.az