Prezident Elmira Axundovanı səfir vəzifəsindən AZAD ETDİ

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.