Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.
E.Məmmədov ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təsdiq edilib.
O, daha əvvəl Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub.
E.Məmmədov Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə də təltif edilib.
***
Polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.