Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, avqustun 13-də polis əməkdaşları paytaxt Bakıda və rayonlarda 1 avtomat silahı, 1 tüfəng, 1 mərmi və 1 ədəd qumbaraatan təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.