Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 6-da ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.