Nəsimi rayonu ərazisində yerləşən mağazada bir nəfərin 250 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 51 yaşlı R.Rəhimov saxlanılıb.
Stopnarkotik.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o, 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az