Neft emalı zavodunda 20 tona yaxın narkotik xammalı ələ keçirildi

Qazaxıstanın Atırau vilayətində iri neft emalı zavodlarında 20 tona yaxın prekursor (xammal - red.) ələ keçirilib.

Stopnarkotik.az "polisia.kz" saytına istinadla bildirir ki, Respublika ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanuni dövriyyəsi sahəsində qanun pozuntularının aşkar edilməsi, o cümlədən maddələrin qanunsuz dövriyyəsi faktlarının qarşısının alınması məqsədilə “Dermək” əməliyyat-profilaktiki tədbiri həyata keçirilir.

Tədbir zamanı fəaliyyəti lisenziyalaşdırılmalı olan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanuni dövriyyəsi sahəsində sahibkarlıq subyektlərinin, habelə müalicə-profilaktika apteklərinin, baytarlıq, təhsil və elmi-tədqiqat təşkilatlarının fəaliyyəti yoxlanılır. Tədbir zamanı Atırau vilayəti DP-nin narkotik cinayətlərinə qarşı mübarizə şöbəsinin əməkdaşları Atırau şəhərində iri neft emalı zavodlarının laboratoriyalarında yoxlama aparıblar.

Nəticədə Qazaxıstan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş lisenziyalaşdırma normalarının pozulması ilə bağlı iki fakt aşkar edilib. Həmçinin Atırau şəhərinin iri neft emalı zavodlarından 20 tona yaxın prekursor götürülüb, sənədlər toplanıb və ekspertiza təyin edilib.

Stopnarkotik.az