Naxçıvanda dönərdən kütləvi zəhərlənmə: 17 NƏFƏR... - FOTOLAR / YENİLƏNİB-1

"Zəhərlənənlərin 9 nəfəri azyaşlı uşaq olub".

Stopnarkotik.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva deyib.

Həkim bildirib ki, iyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub: "Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, bizdə zəhərlənmə halının çox olduğu barədə məlumat var. Yəni, təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib".

***10:02

Naxçıvanda ikinci dəfə insanların zəhərlənməsinə səbəb olan "Kassap Döner" daha əvvəl baş verən hadisədən sonra cərimələnib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, ilk baş verən zəhərlənmə hadisəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdı:

"Bu zaman müəssisənin fəaliyyəti müvəqqəti dayandırıldı, tamamilə bağlanmadı. Araşdırmalar nəticələri məlum olandan sonra, müəssisə nöqsanları aradan qaldırdıqan sonra fəaliyyətə icazə verilir. Təbii ki, baş verən hadisəyə görə sözügedən müəssisə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnir".

***09:27

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.

Stopnarkotik.az xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən "Kassap Döner" dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, mayın 22-də həmin dönərxanada analoji hal qeydə alınmışdı. Həmin vaxt yeddi nəfər dönərdən zəhərlənmişdi.

Naxçıvanda eyni dönərxanada son 20 gündə ikinci KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib