Narkotik vasitə qəbul edib avtomobil sürən sürücü həbs olunub.
Stopnarkotik.az xəbər verir ki, Masallı şəhər sakini Vüsal Muradov idarə etdiyi "Mercedes" markalı avtomobillə yol hərəkət qaydasını pozduğu üçün Ələt-Astara yolunun 157-ci kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan V.Muradovun narkotik vasitədən istifadə etdiyi də müəyyən olunub.
Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.