"Narkomaniya və erkən nikahlara yox deyək!" - LƏNKƏRANDA MAARİFLƏNDİRİCİ TƏDBİR / FOTOLAR

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir keçirilib.

Stopnarkotik.az xəbər verir ki, rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, Lənkəran-Astara regional təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara regional gənclər və idman idarəsinin müdiri Teymur Babazadə və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gənclərin sağlam və təhlükəsiz mühitdə formalaşmasının dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Qeyd olunub ki, narkomaniya və erkən nikah halları gənc nəslin gələcəyinə, təhsilinə və sosial inkişafına ciddi mənfi təsir göstərən amillərdəndir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideyn-məktəb-polis əməkdaşlığının gücləndirilməsi xüsusi önəm daşıyır. Tədbir iştirakçılarına zərərli vərdişlərin doğurduğu fəsadlar, erkən nikahların hüquqi və sosial nəticələri barədə ətraflı məlumat verilib. Çıxışlarda sağlam gələcəyin təmin olunması naminə bu istiqamətdə birgə fəaliyyət göstərməyin zəruriliyi qeyd edilib.

Şəkilin açıqlaması yoxdur.

Bir mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər