ABŞ-ın Məxfi Xidməti Ağ Evə kokain gətirənləri tapa bilmir. Stopnarkotik.az bildirir ki, bu barədə “Fox News” xəbər verir.
“Fox News” nəşrinin məlumatına görə, Ağ Evə kimin kokaini gətirdiyini müəyyən etmək üçün vaxt lazımdır. Bundan əlavə, Məxfi Xidmət rəsmiləri narkotikləri Ağ Evə kimin gətirdiyini müəyyən etməyin mümkünsüzlüyünün olduğunu etiraf ediblər.
Kokain qabı üzərində DNT və barmaq izi testləri də daxil olmaqla bir çox testin aparıldığı vurğulanır. Materialda istintaqın gələn həftənin əvvəlində yekunlaşacağı da bildirilir.
Stopnarkotik.az