Dünyada bir çox müsəlmanın islamofobiya qurbanı olmağı böyük təəssüf yaradır. İslamofobiyanın dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır.
Bu fikirlər BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciətində yer alıb.
Müsəlmanlara qarşı nifrətin insan hüquqlarına zidd olduğunu deyən Migel Anxel Moratinos qeyd edib ki, ədalətli, sülh içində bir dünya yaratmaq üçün bütün insanlar qeyri-tolerantlığa qarşı mübarizə aparmalıdır: “Dünyada bütün dinlər mərhəmət və qarşılıqlı hörmət üstünə qurulub. Bunu qorumaq isə bizim borcumuzdur”.