Mingəçevirdə evdən qadın meyiti tapıldı

Mingəçevirdə evdən meyit aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Nizami küçəsindəki mənzillərdən birində qeydə alınıb. Belə ki, qonşuların məlumatı üzərinə tək yaşayan 1938-il təvəllüdlü Anam İbrahimxəlilovanın yaşadığı  evdə meyiti tapılıb.

İlkin müayinə zamanı onun köməksiz vəziyyətdə qalaraq öz əcəli ilə öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.