İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal rayonlarına açılan atəşlərin yeni dalğasını qeydə alıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin hesabatına görə, ümumilikdə ordu Livan ərazisindən 100-dən çox mərmi atıldığını aşkar edib.
Hesabatda qeyd edildiyi kimi, Qərbi Qalileyə doğru 70-ə yaxın raket, Yuxarı Qalileyə daha 30 raket atılıb. Bundan əlavə, sərhəddəki Avivim kəndi istiqamətində iki raket atılıb.
Raketlərin bir hissəsi açıq ərazilərə düşüb. İtkilər barədə məlumat verilmir.