Saat 12:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.
Bu barədə Stopnarkotik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.
Qeyd edək ki, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.