Məlum olduğu kimi, ötən gün Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb. Hadisə nəticəsində 8 nəfər (5-i qadın, 3-ü kişi olmaqla) xəsarət alıb. Onlardan 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Stopnarkotik.az bildirir ki, məsələ ilə bağlı "unikal"a danışan "Şərur MTK"nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov hadisənin baş verməsinin səbəbini açıqlayıb:
"Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar.
Liftin də yükgötürmə qabiliyyəti var. İki qat, bəlkə də üç qat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib".
"Şərurlu İsfəndiyar" məlum hadisədən sonra sosial şəbəkələrdə Şərur MTK-nın tikdiyi binalarda liftlərin keyfiyyətsiz olması barədə yayılan iddialara belə cavab verib:
"Kim nə yazır özü bilər. Sağ olsunlar".