İstanbulun Şişli və Eyüpsultan rayonlarında keçirilən əməliyyat zamanı 187 kiloqram 250 qram metamfetamin aşkar edilərək götürülüb.
Polis iki evdə və bir avtomobildə axtarış aparıb. Əməliyyat zamanı 4 şübhəli saxlanılıb.
Ünvanlardan pul, həssas tərəzilər və narkotik hazırlanmasında istifadə olunan bəzi kimyəvi maddələr də tapılıb.
Saxlanılan şəxslərlə bağlı araşdırma davam edir. Araşdırma başa çatdıqdan sonra iş məhkəməyə göndəriləcək.
Mələk
Stopnarkotik.az