İsrail ordusu quru əməliyyatına başladığını elan etdi

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud quru əməliyyatına başladığını bildirib.

Stopnarkotik.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, əməliyyat zamanı hədəflər "Hizbullah" təşkilatının silahlı birləşmələrinin obyektləridir.

"İsrail dövlətinin siyasi rəhbərliyinin qərarına uyğun olaraq, bir neçə saat əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı "Hizbullah"ın terror hədəfləri və infrastrukturuna qarşı dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq məhdud, lokallaşdırılmış və hədəfli quru reydlərinə başlayıb. Bu hədəflər sərhədə yaxın qəsəbələrdə yerləşir və İsrailin şimalındakı məskunlaşan ərazilərə birbaşa təhlükə yaradır", - deyə bildirilib.

Qeyd olunub ki, ordu Baş Qərargah və Şimal Komandanlığı tərəfindən hazırlanmış və İsrail hərbçilərinin “son aylarda hazırladığı” planlar əsasında hərəkət edir.