İspaniyada narkotik tacirləri və insan alverçiləri ələ keçdi - VİDEO

İspaniyada narkotik satışı və insan ticarəti ilə məşğul olan qrup zərərsizləşdirilib. 

Stopnarkotik.az xəbər verir ki, İspaniyada narkotik satışı və insan alveri ilə məşğul olan qruplaşmaya qarşı əməliyyat keçirilib.

Əməliyyat İspaniya Milli Polisi və Mülki Qvardiyası tərəfindən, Avropolun, həmçinin Fransa, Portuqaliya və Polşa polisinin dəstəyi ilə keçirilib.

Əməliyyat zamanı 78 nəfər saxlanılıb. Onlardan 27-si həbs olunub.

Qrupun İspaniya ilə Əlcəzair arasında narkotik və insan daşıdığı bildirilir.

Stopnarkotik.az