İranlı diplomat səfirlikdən qaçdı - SIĞINACAQ İSTƏYİR

Avstriyadakı İran səfirliyində əlaqələrdən məsul olan yüksək vəzifəli İran diplomatı Qulam-Rza Darikvand İsveçrədən qaçaraq siyasi sığınacaq istəyib.

Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, diplomat son həftələrdə İsveçrədən qaçaraq siyasi sığınacaq istəyən ikinci İran diplomatıdır.

O, Cenevrədəki BMT qərargahında İranın missiyasında xidmət etmiş Əli-Rza Hokmabaddan sonra bu addımı atıb.