İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə bağlı bağlanan ölkənin hava məkanını açıb.
Bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.
“Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, səhər saat 07:30-dan etibarən İsrail dövlətinin hava məkanı açılıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, - deyə məlumatda bildirilir.
*** 01:54
ABŞ Prezidenti Cozef Bayden Administrasiyası İrana qarşı böyük hücuma hazırlaşır.
Bu barədə NBC televiziyası amerikalı rəsmilərə istinadən xəbər yayıb.
Qeyd edilir ki, bu, İranın İsrailin dövlət obyektlərini hədəf almasına cavabdır.
Vaşinqton hesab edir ki, İran İsrail hökumətinin hədəflərinə 100-dən çox pilotsuz təyyarə və onlarla qanadlı raket atıb. Rəsmi qeyd edib ki, ABŞ və İsrail yəhudi dövlətini qorumaq üçün hərəkətləri yaxından əlaqələndirirlər.
***01:09
İsrailin Müdafiə Ordusu Livandan “Hizbullah” tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb.
Bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.
"Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qeyd edilib. Bundan əlavə, İsrailin şimalındakı Hanita bölgəsində “Hizbullah”a məxsus iki PUA-nın Livandan İsrailə uçuşu (hər ikisi partlayıb-red) qeydə alınıb".
“Cavab olaraq İsrail ordusunun artilleriyası Livanın cənubuna zərbələr endirib”, - mətbuat xidməti əlavə edib.
*** 00:49
İran İsrailə qarşı havadan hücuma başlayıb.
Bu barədə Ağ Ev bəyanat yayıb.
Bildirilib ki, Prezident Bayden mütəmadi olaraq Milli Təhlükəsizlik Şurasının üzvləri tərəfindən vəziyyətlə bağlı məlumatlandırılır.
Onun komandası (Baydenin) İsrail rəsmiləri, eləcə də digər tərəfdaş və müttəfiqləri ilə daimi əlaqə saxlayır.
Bu hücumun bir neçə saat ərzində baş verməsi ehtimalı var.
***00:12
Tehran üzərində hava məkanı bağlanıb.
Bu barədə “Al-Qahera al-Ihbariya” telekanalı məlumat yayıb.
Bildirilib ki, “İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib”.
Tehran və onun ətrafı üzərində uçuşlara qadağa səlahiyyətlilərə əlavə xəbərdarlıq edilənə qədər tətbiq edilib.
*** 00:03
İran hərbi aviasiyası pilotsuz uçuş aparatları ilə İsrailə hücuma başlayıb.
Bunbarədə adıçəkilən ölkənin "KAN" radiosu məlumat yayıb.
İsrail rəsmiləri məlumatı təsdiqləyib.
İsrailin 12-ci kanalının məlumatına görə, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə üç saatlıq bağlanacaq.