İcra başçısı Adil Əliyev Əməkdar idman xadimi Cavanşir Qurbanovu ziyarət edib - VİDEO, FOTO

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və beynəlxalq dərəcəli hakim Hicran Şərifov Əməkdar idman xadimi Cavanşir Qurbanovu ziyarət ediblər.

Stopnarkotik.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Cavanşir Qurbanovun oğlu Cəlal Qurbanov verib.

“Bu gün atamın köhnə dostlarından olan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və beynəlxalq dərəcəli hakim Hicran Şərifov atamı ziyarətə gəldilər. İdman sahəsindən olan 3 insanın, əlbəttə, danışmağa çox sözü, müzakirə etməyə çox mövzusu var idi. Adil Əliyev və Hicran Şərifova bu ziyarətə görə ailəm və öz adımdan dərin təşəkkürümü bildirirəm.

Düşünürəm ki, icra başçıları cənab Prezidentlə şəhid ailələri arasında bir körpüdür. Bu körpünü layiqincə qoruyan icra başçılarından biri də Adil müəllimdir. O, daim şəhid aiələrinin yanından olan, şəhid əmanətlərinə öz övladı kimi yanaşan, hər addımda vətəninini, xalqını düşünən bir insandır. “Mənim atam qəhrəmandır!”, “Mənim oğlum qəhrəmandır!” layihəsinin silsilə tədbirlərində imkan düşdükcə mütəmadi iştirakı, bu tədbirlərə xüsusi həssaslıqla yanaşması Adil müəllimin qəhrəman qardaşlarımızın aiələrinə səmimi sevgi ilə yanaşmasının təzahürüdür.

Adil müəllim, bu diqqətə, bu həssaslığa, bu böyük ürəyə görə Sizə təşəkkür edirəm.

Atamı daim diqqətdə saxlayan, tez-tez ona baş çəkən Hicran bəyə də səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Var olun!”

Qeyd edək ki, Cavanşir Qurbanov uzun illər Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti və Milli Güləş Federasiyasının Prezidenti olmuşdur. Əməkdar idman xadimi ötən il Prezident İlham Əliyev tərəfindən ən ail medal olan “Heydər Əliyevin 100 illik yubileyi” ordeni ilə təltif edilib.

Stopnarkotik.az