İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın Sayda şəhərində avtomobili vurub.
Bu barədə “Naharnet” portalı məlumat yayıb.
Zərbə nəticəsində Fələstinin HƏMAS hərəkatının komandirlərindən biri - Samer əl-Hac ölüb. Avtomobildə olan daha bir nəfər yaralanıb.
Portalın məlumatına görə, əl-Hac Sayda şəhərinin kənarında yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsində təhlükəsizlik xidmətinə rəhbərlik edib.