Livanın “Hizbullah” təşkilatı İsrailin Yuxarı Qalileydə yerləşən yaşayış məntəqələrinə raket zərbələri endirib.
“əl-Məyədin” telekanalının verdiyi məlumata görə, Livan-İsrail sərhədindən 20 km aralıda yerləşən Safed şəhəri də daxil olmaqla 20 yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb. Onun sözlərinə görə, hücumun miqyası genişlənir və onlardan bir neçəsi Colan təpələrinə düşüb.
“Hizbullah” “Telegram” kanalında yayımlanan bəyanatında əməliyyatın Qəzza zolağındakı əl-Tabiyin məktəbində 100-dən çox fələstinlinin öldürülməsinə cavab olaraq həyata keçirildiyini bildirib.
Yeri gəlmişkən, Əlcəzair İsrailin Qəzza zolağında 100-dən çox insanın ölümünə səbəb olan Əl-Təbiyin məktəbinə endirdiyi zərbə ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün müraciət edib.
Bu barədə TASS-a Təhlükəsizlik Şurasındakı diplomatik mənbə məlumat verib.
Xatırladaq ki, avqustun 10-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərindəki Əl-Təbiyin məktəbinə zərbələr endirib.
Endirilən aviazərbələr 100-dən çox mülki şəxsin həlak olmasına səbəb olub.