Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, avqustun 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 5 tüfəng isə aşkar edilərək götürülüb.