Hepatit A virusu Ceyranbatan su anbarından yayılır? - VİDEO

Bakı ərazisində “sarılıq” xəstəliyi kimi tanınan Hepatit A virusunun yayılması ilə bağlı xəbərlər bütün diqqətləri Ceyranbatan su anbarına yönəldib. Virusun su anbarından yayıldığı iddia olunur. 

Stopnarkotik.az xəbər verir ki, AzTV-nin əməkdaşları məsələni yerində araşdırmaq üçün Abşeron yarımadasını su ilə təmin edən Ceyranbatan su anbarında olub. 

Qeyd edilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə “Azərsu” ASC-nin sözügedən su anbarından səyyar laboratoriya vasitəsilə su nümunələri analiz edilib. Hər iki qurumun analizlərinin nəticəsi müqayisə edilib. 
Reportajda içməli suyun təmizlənməsi prosesi, 15 parametr üzrə kimyəvi analiz və 2 parametr üzrə mikrobioloji analiz barədə məlumat verilib. 

Daha ətraflı süjetdə: