Göyçayda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

01.07.1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun idarə etdiyi “VAZ 21064” markalı avtomobil əks istiqamətdə hərəkətdə olarkən Abbasov Araz Arzum oğlunun idarə etdiyi “Kia Ceed” markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra A. Osmanovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Şirvan kanalının Göyçay rayonunun Cəyirli kəndindən keçən hissəsinə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.